BMT-də Azərbaycanın işgəncələrə qarşı beynəlxalq müqavilələrə sadiqliyi diqqətə çatdırılıb
16 oktyabr 2026, 06:17 · Mənbə: Report.az

Azərbaycan İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər aidiyyəti beynəlxalq müqavilələr üzrə öhdəliklərinə sadiqdir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər aidiyyəti beynəlxalq müqavilələr üzrə öhdəliklərinə sadiqdir.
"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü komitəsinin işgəncələrə qarşı komitənin və işgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə alt komitənin sədrləri ilə interaktiv dialoq zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev deyib.
Birinci katib qeyd edib ki, Azərbaycanda işgəncələrin qarşısının alınmasının mühüm sütunları kimi insan hüquqları üzrə təlimlər və maarifləndirmə tədbirləri hüquq-mühafizə orqanlarının müxtəlif bölmələri üçün mütəmadi olaraq həyata keçirilir.
"Azərbaycan öz milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq keçmiş münaqişə zamanı törədilmiş ağır cinayətləri, xüsusən də mülki şəxslərə və digər müdafiə olunan şəxslərə qarşı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarla bağlı cinayətləri istintaq etmək və cinayət təqibini həyata keçirmək üçün qətiyyətli addımlar atıb", - diplomat vurğulayıb.
"Sonda qeyd edim ki, cəzasızlıqla mübarizə əsl barışığa aparan yolun mühüm tərkib hissəsidir və eyni zamanda, dəhşətli əməllərin, xüsusən də işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı əhatə edən əməllərin təkrarlanmasının qarşısını almağa kömək edir", - Ş. Hacıyev bildirib.
Oxşar xəbərlər


Siyasət
Mamataliyev: Qırğızıstan Azərbaycanın investisiyalarında maraqlıdır
Report.az · 19 oktyabr 2026, 12:47

Siyasət
Rusiya daxilində Putinə qarşı sabotaj edənlər gizli əməliyyatlar aparır
BBC News · 19 oktyabr 2026, 04:17

Siyasət
Putin ilin sonunda mətbuat konfransı və sual-cavab sessiyası keçirir
TASS · 19 oktyabr 2026, 04:17