Bahar Muradova: Azərbaycanda 2,3 milyona yaxın ev təsərrüfatı mövcuddur
21 oktyabr 2026, 11:46 · Mənbə: Report.az

Azərbaycanda 2,3 milyona yaxın ev təsərrüfatı mövcuddur.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda 2,3 milyona yaxın ev təsərrüfatı mövcuddur.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə forumunda deyib.
Onun sözlərinə görə, müasir texnologiyalar ailə münasibətlərinə, valideynlik məsuliyyətlərinə və uşaqların inkişafına ciddi təsir göstərir:
"Uşaqları süni intellektin mənfi təsirlərindən qorumaq üçün öncə valideyn özü texnologiyadan düzgün istifadəni öyrənməlidir. Bununla yanaşı valideynlər daim övladları ilə ünsiyyətdə olmalıdır".
B.Muradova qeyd edib ki, Azərbaycanda 2,3 milyona yaxın ev təsərrüfatı mövcuddur. Onlardan 1,3 milyonundan çoxu 18 yaşadək uşağı olan ailələrdir:
"Bu göstəricilər ailə institutunun möhkəmləndirilməsi baxımından hər birimizin üzərinə vəzifə qoyur. Çünki ailə təsərrüfatlarının sayı, orada ki, çoxuşaqlı, çox formatlı ailələrin tərkibi bizə bütün bunları həm siyasət, həm də mexanizmlərdə nəzərə almaq vəzifəsi qoyur".
YENİLƏNİR
Oxşar xəbərlər

Siyasət
ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib
Report.az · 21 oktyabr 2026, 11:47

Siyasət
Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb
Report.az · 21 oktyabr 2026, 10:47


Siyasət
BMT-də Azərbaycanın multikultural cəmiyyət modelindən bəhs olunub
Report.az · 21 oktyabr 2026, 06:17