TəciliRusiyanı piyadaları Vinnitsa şəhərində beşmərtəbəli yaşayış binasına zərbə vurub

TopXəbər

Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar

25 oktyabr 2026, 10:16 · Mənbə: Report.az

Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub.

"Report"un məlumatına görə, M2 yaş kateqoriyasında çıxış edən Elçin Məmmədov (-100 kq) üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gələrək bürünc medala yiyələnib.

Bununla usta cüdoçularımızın qitə yarışında qazandıqları medalların sayı 4-ə çatıb.

Daha əvvəl Fərhad Rəcəbli (M8, -90 kq) qızıl, Elşən Kərimov (M4, -60 kq) və Babək Hacıyev (M5, -60 kq) isə gümüş medal əldə ediblər.

Dünya

Obama Ağ Evi Səddam Hüseynin restoranına oxşadıb

News.ru · 25 oktyabr 2026, 10:47