TopXəbər

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar

11 noyabr 2026, 13:47 · Mənbə: Report.az

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi turnirdə 8 medal qazanıblar.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi turnirdə 8 medal qazanıblar.

Fotoqalereya

1 / 4

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.

Memorialda U-17 millisinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.

Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) qızıl, Hüseyn Rzazadə (55 kq), Elvin Necəfzadə (92 kq) gümüş, Tunar Hüseynov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medal qazanıblar.