Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
9 noyabr 2026, 22:17 · Mənbə: Report.az

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5°C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5°C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib.
"Report"un Türkiyə bürosunun xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İqlim Məsələləri üzrə nümayəndəliyindən verilən məlumatda qeyd olunub.
Hesabatın əsas məqsədi Paris Sazişi çərçivəsində qlobal temperatur artımının 1,5°C ilə məhdudlaşdırılması istiqamətində ölkələrin iqlim öhdəliklərinin və milli adaptasiya planlarının həyata keçirilməsinə dəstək verməkdir.
Sənəd ötən il Braziliyada keçirilən COP30 zamanı COP29, COP30 və COP31 sədrliklərinə verilmiş mandat əsasında Azərbaycanın, Braziliyanın, Türkiyənin və Avstraliyanın birgə əməkdaşlığı ilə hazırlanıb.
Hesabatın hazırlanması çərçivəsində 2026-cı il ərzində dövlətlər, beynəlxalq təşkilatlar, özəl sektor və digər maraqlı tərəflərlə geniş məsləhətləşmələr aparılıb. Bu müzakirələr Bakı və Şamaxı da daxil olmaqla, dünyanın müxtəlif şəhərlərində keçirilib. Bundan əlavə, müxtəlif ölkə və təşkilatlardan daxil olan 148 yazılı təqdimat nəzərdən keçirilib.
Hesabatda enerji, sənaye, kənd təsərrüfatı, meşələr, okeanlar, səhiyyə və şəhərsalma sahələrində istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın artırılması və yeni iqtisadi imkanların yaradılması üçün mövcud həll yolları əksini tapıb.
Sənədin rəsmi təqdimatının noyabrın 16-da COP31 çərçivəsində Antalyada keçiriləcək yüksək səviyyəli tədbirdə baş tutacağı bildirilir.
Oxşar xəbərlər



Ölkə
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb
Report.az · 23 noyabr 2026, 17:17

Ölkə
İlin 10 ayında əlilliyi olan şəxslərə 693 min reabilitasiya vasitəsi verilib
Report.az · 23 noyabr 2026, 14:47