Azərbaycanda daha 55 peşə və kvalifikasiya standartı hazırlanır
14 noyabr 2026, 11:17 · Mənbə: Report.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işəgötürənlərlə əməkdaşlıq çərçivəsində hazırda daha 55-dək peşə və kvalifikasiya standartı hazırlayır, 84 standartın isə yenilənməsi istiqamətində işlər aparır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işəgötürənlərlə əməkdaşlıq çərçivəsində hazırda daha 55-dək peşə və kvalifikasiya standartı hazırlayır, 84 standartın isə yenilənməsi istiqamətində işlər aparır.
Nazirlikdən "Report"a bildirilib ki, yeni standartlar maliyyə-mühasibatlıq, nəqliyyat-logistika, emal sənayesi və digər sahələri əhatə edir.
Qeyd olunub ki, son illərdə nazirlik tərəfindən ümumilikdə 1700-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib.
Vurğulanıb ki, peşə standartları konkret sahədə işçinin yerinə yetirməli olduğu işin məzmununu və əmək şəraiti ilə bağlı minimum tələbləri müəyyənləşdirir. Kvalifikasiya standartları isə müvafiq kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını əks etdirir.
Oxşar xəbərlər


Siyasət
Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik
Report.az · 21 noyabr 2026, 11:47

Siyasət
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə nasaz avtomobillə yola çıxmamağı tövsiyə edib
Report.az · 21 noyabr 2026, 10:47

Siyasət
Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib
Report.az · 21 noyabr 2026, 09:47