Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
20 noyabr 2026, 01:18 · Mənbə: Report.az

Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev etimadnaməsini bu ölkənin Prezidenti Ülle Madiseyə təqdim edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev etimadnaməsini bu ölkənin Prezidenti Ülle Madiseyə təqdim edib.
"Report"un məlumatına görə, diplomat bu barədə "facebook" səhifəsində bildirib.
Görüş zamanı tərəflər Azərbaycan-Estoniya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
Fotoqalereya
1 / 4Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Azərbaycan Avropa, Avropa İttifaqı və Estoniya üçün etibarlı tərəfdaşdır. Biz konstruktiv dialoq, qarşılıqlı hörmət və praktik əməkdaşlığa əsaslanan tərəfdaşlığımızın inkişafına böyük əhəmiyyət veririk", - səfir qeyd edib.
N.Nağdəliyev Azərbaycanı Estoniyada təmsil etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və dinamik inkişafına töhfə verməyə hazır olduğunu bildirib.
Diplomat həmçinin Estoniya Prezidentinə səmimi qarşılanma və məzmunlu söhbətə görə təşəkkür edib.
Oxşar xəbərlər


Siyasət
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
Report.az · 21 noyabr 2026, 19:47

Siyasət
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Report.az · 21 noyabr 2026, 18:47
