Azərbaycan kamandan oxatma millisi İraqdakı yarışda iştirak edəcək
21 oktyabr 2026, 14:47 · Mənbə: Report.az

Azərbaycanın kamandan oxatma millisi oktyabrın 24-29-u aralığında İraqın Süleymaniyyə şəhərində keçiriləcək "Asiya Kubokunun II mərhələsi - dünya reytinq turniri"ndə iştirak edəcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın kamandan oxatma millisi oktyabrın 24-29-u aralığında İraqın Süleymaniyyə şəhərində keçiriləcək "Asiya Kubokunun II mərhələsi - dünya reytinq turniri"ndə iştirak edəcək.
Azərbaycan Kamandan Oxatma Federasiyasından "Report"a verilən məlumata görə, yarışda beş idmançımız mübarizə aparacaq.
Fotoqalereya
1 / 4Azərbaycan kamandan oxatma millisi İraqdakı yarışda iştirak edəcək
Turnirdə Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva qatılacaq.
İdmançılar açıq havada, 70 metr məsafədə recurve (klassik yay) növü üzrə fərdi, komanda və qarışıq komanda yarışlarında mübarizə aparacaqlar. Komandaya baş məşqçi Natiq Fazilov və məşqçi Roman Venqerov rəhbərlik edəcəklər.
Qeyd edək ki, dünya reytinq turniri idmançılar üçün beynəlxalq rəqabət şəraitində çıxış etmək, təcrübə qazanmaq və reytinq xallarını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər

Dünya
Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
Report.az · 21 oktyabr 2026, 15:17

Dünya
"L'Opinione": Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək
Report.az · 21 oktyabr 2026, 15:17


Dünya
Türkiyənin bir sıra vətəndaşları "arzuolunmaz şəxslər" siyahısına daxil edilib
Report.az · 21 oktyabr 2026, 13:17