EBRD regional əlaqəliliyin gücləndirilməsinin əsas şərtini açıqlayıb
21 oktyabr 2026, 13:48 · Mənbə: Report.az

Prosedurların uyğunlaşdırılması və mümkün maneələrin qabaqcadan aradan qaldırılması regional əlaqəliliyin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Prosedurların uyğunlaşdırılması və mümkün maneələrin qabaqcadan aradan qaldırılması regional əlaqəliliyin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda bildirib.
O vurğulayıb ki, logistika dəhlizlərinin müddətlərinin, həcmlərinin və dayanıqlığının təhlili üzrə vəzifələr beynəlxalq maliyyə təşkilatlarının irəli sürdüyü ümumi islahatlar gündəliyi ilə təbii şəkildə uzlaşır: "Bu prosedurların istər Gürcüstanda, istər Qazaxıstanda, istərsə də Azərbaycanda vahid standartlara uyğunlaşdırılması bizim üçün olduqca vacib vəzifədir. Üstəlik, çox vaxt bu fəaliyyətə problemlər artıq yarandıqdan sonra deyil, ilkin mərhələdə başlamaq daha böyük əhəmiyyət kəsb edir".
Səmərəli əməkdaşlığın əyani nümunəsi kimi N.Mouravidze siyasətin formalaşdırılması sahəsində Avropa İttifaqı ilə birgə fəaliyyəti, o cümlədən Naxçıvan dəmir yolu xəttinin yenidən qurulması layihəsinə həsr olunmuş və hazırda davam edən analitik tədqiqatı qeyd edib: "Gözlənilir ki, bu layihə yeni nəqliyyat əlaqəsinin xüsusiyyətlərini və onun regional əlaqəliliyin ümumi strukturuna inteqrasiya olunmasını hərtərəfli qiymətləndirməyə imkan verəcək".
Oxşar xəbərlər

İqtisadiyyat
"Black Sea Energy"nin TİƏ-si oktyabrın 22-də Bakıda təqdim ediləcək
Report.az · 21 oktyabr 2026, 12:48

İqtisadiyyat
Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq
Report.az · 21 oktyabr 2026, 12:17

İqtisadiyyat
Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək
Report.az · 21 oktyabr 2026, 09:47

İqtisadiyyat
"S&P Global": Qlobal SAF istehsalı 2028-ci ildə gündəlik 97 min barelə çatacaq
Report.az · 20 oktyabr 2026, 21:17