"AZCON Holding"in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb
27 oktyabr 2026, 12:47 · Mənbə: Report.az

"AZCON Holding" və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management" proqramı başa çatıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
"AZCON Holding" və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management" proqramı başa çatıb.
"AZCON Holding"in icraçı direktoru Şahin Babayev və IE Universitetinin korporativ əlaqələr üzrə icraçı sədri Villiam Davila çıxışlarında insan kapitalının inkişafının təşkilatların dayanıqlı inkişafında əhəmiyyətini vurğulayıblar. Onlar liderlik bacarıqlarının artırılmasının, müasir idarəetmə yanaşmalarının tətbiqinin və dəyişən biznes mühitində davamlı öyrənmənin mühüm rol oynadığını qeyd ediblər.
Fotoqalereya
1 / 4AZCON Holdingin IE Universiteti ilə birgə həyata keçirdiyi Global Senior Management proqramı uğurla yekunlaşıb
Tədbir çərçivəsində "AZCON Holding" əməkdaşlarının bakalavriat və magistratura proqramları üzrə güzəştlərdən yararlanmasını nəzərdə tutan memorandum imzalanıb. Eyni zamanda orta səviyyəli rəhbərlər üçün yeni liderlik proqramına start verilib.
Tədbirin yekununda "Global Senior Management" proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, bu strateji tərəfdaşlıq "AZCON Holding"in insan kapitalının inkişafı üzrə prioritetlərinin reallaşdırılmasına, beynəlxalq qabaqcıl təcrübənin tətbiqinə və rəhbər heyətin idarəetmə potensialının gücləndirilməsinə töhfə verəcək.
Oxşar xəbərlər

Elm
SABAH.city-də süni intellekt startaplarının maliyyələşdirilməsi məsələsi müzakirə edilib
Report.az · 19 noyabr 2026, 09:47

Elm
Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb
Report.az · 18 noyabr 2026, 12:47

Elm
Süni intellekt məhsulu üzrə xüsusi beynəlxalq protokolun yaradılması təklif edilib
Report.az · 12 noyabr 2026, 14:17

Elm
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq
Report.az · 9 noyabr 2026, 20:47