TopXəbər

Atinada partlayışda 4 meyit tapılıb

26 sentyabr 2026, 15:27 · Mənbə: Anadolu Ajansı

Atinada partlayışda 4 meyit tapılıb

Atinada partlayış baş verən binanın dağıntılarından 4 nəfərin meyiti çıxarılıb.

Anadolu Ajansı yazır ki, Atinanın tarixi və turistik Plaka rayonunda partlayış nəticəsində dağılan binanın dağıntılarından 4 meyit çıxarılıb.

Meyitlərdən biri ABŞ-dan olan qadına aiddir. O, Atinaya istirahət üçün gəlib və dağılan binadakı qonşuluqlardan birini ailəsi ilə qısa müddətə kirayə götürmüşdü.

Dağıntılar altında hələ də itkin olan 2 nəfər üçün axtarış və xilasedici əməliyyatlar davam edir.

Partlayışın səbəbi hələ məlum deyil. Hadisə dün səhər baş verib və bina tamamilə dağılıb. Həmçinin, binanın hər iki tərəfində yerləşən iki bina da ciddi zərər görüb.

Partlayış zamanı hadisə yerindən keçən bir nəfər yüngül yaralanıb. Yan binadan isə yanğınsöndürənlər tərəfindən iki qadın çıxarılıb.