Apple yenidən dünyanın ən bahalı şirkəti olub
31 oktyabr 2026, 07:46 · Mənbə: Report.az

"Apple" şirkəti texnologiya nəhəngi "Nvidia"nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti titulunu yenidən qazanıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Apple" şirkəti texnologiya nəhəngi "Nvidia"nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti titulunu yenidən qazanıb.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Oktyabrın 30-da "Apple"ın bazar kapitallaşması 5,03 trilyon dollara çatıb. Çip istehsalçısı "Nvidia"nın bazar dəyəri isə 4,93 trilyon dollar təşkil edib.
Qeyd olunur ki, "Apple" sonuncu dəfə iyulun sonunda "Nvidia"nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti olmuşdu.
"Apple"ın yenidən liderliyə yüksəlməsi investorların süni intellekt sahəsinə yatırılan investisiyalarla bağlı narahatlıqları ilə əlaqələndirilir. Agentliyin yazdığına görə, investorlar "iPhone" istehsalçısının səhmlərini daha etibarlı investisiya hesab edirlər.
Oxşar xəbərlər

Biznes
Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Report.az · 14 noyabr 2026, 15:47

Biznes
Xəzər mənzərəli irimiqyaslı "Caspi Yards" layihəsi və 44 mərtəbəli "Zəfər Qülləsi" təqdim olunub – FOTO/VİDEO
Report.az · 13 noyabr 2026, 18:17

