Anthropic istifadəçilərdən şəxsiyyət təsdiqi tələb edə bilər
Anthropic şirkəti yeni məxfilik siyasətində bəyan edib ki, istifadəçilərdən yaş və şəxsiyyətlərini təsdiq etmək üçün dövlət tərəfindən verilmiş sənədləri təqdim etmələri istənilə bilər. Bu tədbir hesabın şəxsi məlumatlar üçün yenidən nəzərdən keçirilməsi və mümkün fırıldaqçılığın qarşısının alınması məqsədilə tətbiq olunur.
Anthropic şirkəti yeni məxfilik siyasətinə əsasən Claude istifadəçilərindən yaş və şəxsiyyətlərini təsdiq etmək üçün onların dövlət tərəfindən verilmiş sənədlərinin yüklənməsini tələb edə bilər.
Bu addım istifadəçilərin hesablarının şübhəli fəaliyyətdə ittiham olunması halında, onları tam bloklamaq əvəzinə apellyasiya etmək imkanı yaratmaq məqsədilə atılıb. Həmin proses Donald Tramp administrasiyası ilə şirkət arasında davam edən süni intellekt alətlərinə giriş haqqı mübahisələrinin fonunda baş verir.
İyunun əvvəlində yayımlanmış və iyulun 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətində, Anthropic bəzi hallarda istifadəçilərdən yaş və şəxsiyyətlərini təsdiqləmələrini tələb edəcəyini bildirib. Konkret nümunələr göstərilməyib.
Anthropic uzun müddətdir Claude istifadəçilərinin 18 yaşdan yuxarı olmasını tələb edir, bu ilin əvvəlində isə bəzi dövlət və ölkələrdə tələb olunan yaş təsdiqi yoxlamalarını tətbiq edib. Şəxsiyyət yoxlamaları da açıqlanmışdı, lakin məxfilik siyasətində son vaxtlarda əks olunub.
Bu prosedur tələb edildikdə, istifadəçilərdən dövlət tərəfindən verilmiş pasport və ya sürücülük vəsiqəsi şəkillərinin yüklənməsi tələb olunur. Bundan başqa, şəxsiyyət təsdiqi üçün selfie foto və ya video, həmçinin üz ölçülərinin rəqəmsal variantı da toplanır ki, bəzi dövlətlərdə, o cümlədən İllinoys ştatında, bu, qanunla qorunan biometrik məlumat sayılır. Anthropic yoxlama nəticələrinin qeydlərini, məsələn, istifadəçinin müəyyən yaş həddinə çatıbdır-çatmadığını saxlayacaq.
Anthropic-rin sözçüsü Maykl Asimanın verdiyi məlumatda bu dəyişiklik yalnız hesabları şübhəli fəaliyyətə görə işarələnmiş, lakin tam qadağan edilməmiş "kiçik qrup" istifadəçilərə şamil olunur. Şirkətin aylıq istifadəçi sayı on milyonlarla ölçülür.
Anthropic-in şəxsi təsdiq siyasəti iyunun 17-də yenilənib və bu dəyişiklik apellyasiya prosesinin təkmilləşdirilməsi məqsədilə tətbiq olunub. Siyasətin "Fable" və ya "Mythos" yeniləmələri ilə əlaqəsi yoxdur.
Şirkət istifadəçilərdən sənədlərini təqdim etməyi tələb etmək hüququnun olduğunu bildirir. Bu, Claude hesabının yaradılması və idarə olunması, xidmət şərtlərinin pozulmasının, o cümlədən fırıldaqçılıq, sui-istifadə və qanunsuz fəaliyyətin qarşısının alınması ilə bağlı araşdırmalar və təhlükəsizlik məsələlərinin həlli üçündür.
Bu addım Anthropic-in süni intellekt alətlərindən istifadə edənlərin üzərində ciddi nəzarət aparmaq üçün atdığı addımlardan biridir və şirkətin müxtəlif hüquqi çətinliklər, tənzimləyici dəyişikliklər və Tramp administrasiyasından gələn təzyiqlərə uyğunlaşmaq cəhdidir.
Şirkət və Ağ Ev arasında gərginlik həftələrdir davam edir. Daha əvvəl Tramp administrasiyasının tələbi ilə Anthropic ən son kibertəhlükəsizlik modellərini geri çəkmək məcburiyyətində qalıb. Ayrı xəbərlər şirkət ilə Tramp administrasiyası arasında şəxsiyyət fərqliliklərinin əlaqənin pozulmasına səbəb olduğunu göstərir.
Bu mübahisə Pentagonun Anthropic şirkətini "təchizat zənciri riski" kimi təyin etməsindən sonra baş verir, bu da hökumətin texnologiyadan geniş yerli nəzarət və tam avtonom silah sistemləri üçün istifadə edilməsinə icazə verməməsi ilə bağlıdır.
Anthropic şəxsiyyət yoxlamasını "Persona" adlı San-Fransisko bazalı təminatçının vasitəsilə həyata keçirir. İstifadəçilər müəyyən funksiyalara giriş zamanı yoxlama sorğusu ilə qarşılaşa bilərlər ki, bu da platformanın təhlükəsizliyi və qaydaların icrası məqsədilə aparılan rutin yoxlamaların bir hissəsidir.
Şirkət bildirir ki, "Persona" istifadəçilərin sənədlərini nə qədər saxlayacağını müəyyən edir, lakin məlumatların nə vaxt silindiyi dərhal açıqlanmayıb. Məsələn, "Roblox" istifadəçilərin şəkillərini yoxlama prosesi başa çatdıqdan sonra dərhal silir və beləliklə məlumatların sızması və ya oğurlanması riski azaldılır.
"Persona" şirkəti ABŞ hökumətinin tələbləri əsasında istifadəçilərin məlumatlarını serverlərində saxlaya bilər.
Fərdi təsdiq xidmətini təmin edən "Persona" şirkəti amerikalı investor Piter Til tərəfindən dəstəklənir, o cümlədən o, Tramp tərfdarıdır və həmçinin Anthropic-ə investisiya qoyur. Şirkət istifadəçilərin getdikcə artan tənqidlərinə məruz qalır. Bu ilin əvvəlində "Discord" öz yaş təsdiqi xidmətləri üçün "Persona"-nı seçdi, lakin istifadəçi etirazlarından sonra bu qərarını geri götürdü.



