Almaniyada gənclərin etiraz aksiyalarında 87 min nəfər iştirak edib
21 noyabr 2026, 00:17 · Mənbə: Report.az

Almaniyanın bir sıra şəhərlərində keçirilən növbəti gənclər etiraz aksiyalarında təxminən 87 min nəfər iştirak edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın bir sıra şəhərlərində keçirilən növbəti gənclər etiraz aksiyalarında təxminən 87 min nəfər iştirak edib.
"Report" xəbər verir ki, bu barədə DPA agentliyi aksiyaların təşkilatçısı olan "Gen Z regelt" ("Z nəsli qərar verir") gənclər hərəkatına istinadən məlumat yayıb.
Aksiya iştirakçıları təhsilin keyfiyyətinin artırılmasını, iqlim siyasətinə yenidən baxılmasını, nəsillər arasında yükün ədalətli bölüşdürülməsini tələb edib, həmçinin hakimiyyətin hərbi xidmətlə bağlı siyasətindən narazılıqlarını bildiriblər.
Hərəkatın nümayəndəsi Stiven Sedexinin sözlərinə görə, gənclər uzun illərdir keyfiyyətli təhsil, gələcəklərini təmin edəcək iqlim siyasəti və nəsillər arasında ədalətli yük bölgüsü tələb edirlər.
O bildirib ki, hakimiyyət gənclərin tələblərini dinləmək əvəzinə onların hesabına qənaət edir və hərbi xidmətə nə vaxt cəlb olunacaqları barədə qərarları onların iştirakı olmadan verir.
Oxşar xəbərlər

Dünya
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
Report.az · 22 noyabr 2026, 03:17

Dünya
Meksikada kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub
Report.az · 22 noyabr 2026, 01:47

Dünya
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib
Report.az · 22 noyabr 2026, 01:18
