AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
22 oktyabr 2026, 12:47 · Mənbə: Report.az

Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq.

"Report" xəbər verir ki, bu barədə AFFA prezidenti Rövşən Nəcəf şəxsi instaqram hesabında paylaşım edib.
O, Azərbaycanın Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalına hazır olduğunu bildirib:
"Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır! Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. İnanıram ki, bu tədbir iştirakçılara beynəlxalq təcrübə, yeni dostluqlar və unudulmaz anlar qazandıracaq. Millimiz də daxil olmaqla, bütün komandalara uğurlar arzulayıram. Əziz gənc futbolçular, böyük həvəslə oynayın, ədalətli mübarizə aparın və hər anından zövq alın. Bəlkə də gələcəyin futbol ulduzları ilk böyük addımlarını məhz burada atacaqlar. Azərbaycana, Bakıya xoş gəlmisiniz!", - deyə AFFA prezidenti vurğulayıb.
Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.
Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.
Oxşar xəbərlər


İdman
"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib
Report.az · 22 oktyabr 2026, 14:17

İdman
FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Report.az · 22 oktyabr 2026, 09:47

İdman
Mourinyo "Real"ın ÇL-dəki qələbəsindən sonra Valverdenin oyununu yüksək qiymətləndirib
Report.az · 22 oktyabr 2026, 04:47