TəciliKiyevə raket zərbəsi endirilib, bir neçə nöqtəyə düşmə qeydə alınıb

TopXəbər

ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır

21 oktyabr 2026, 23:47 · Mənbə: Report.az

ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır

ABŞ Dövlət Departamenti Yəmənin "Ənsar Allah" (husilər) hərəkatına qarşı mümkün hərbi əməliyyat fonunda Yaxın Şərqdəki Amerika səfirliklərinin əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır.

Yeniliklərdən dərhal xəbərdar olun!

ABŞ Dövlət Departamenti Yəmənin "Ənsar Allah" (husilər) hərəkatına qarşı mümkün hərbi əməliyyat fonunda Yaxın Şərqdəki Amerika səfirliklərinin əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Amerika administrasiyasının nümayəndələri bildiriblər.

Agentliyin məlumatına görə, Dövlət Departamenti ABŞ-nin Fars körfəzi ölkələrindəki səfirliklərinin bəzi əməkdaşlarının və onların ailə üzvlərinin getməsi barədə göstəriş vermək üzrədir.

"Bu addım hərbi əməliyyatların, xüsusən də Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hücumların yenidən başlaması ehtimalından irəli gəlir", - məlumatda qeyd edilib.

Xatırladaq ki, oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı tərəfindən "Ənsar Allah" hərəkatının mövqelərinə endirilən zərbələrə qoşulması ehtimalı ilə bağlı yaxın vaxtlarda qərar verəcəyini bildirib.