ABŞ şirkəti Avstraliyada immiqrasiya təhlükəsizliyində nöqsanlara görə cərimələndi
Avstraliyada immiqrasiya həbsxanalarını idarə edən ABŞ-a məxsus MTC şirkəti ciddi təhlükəsizlik qüsurlarına görə hökumət tərəfindən cərimələnib. Sərhəd Xidməti cərimənin məbləğini açıqlamayıb.
ABŞ-ın Avstraliyada immiqrasiya həbsxanalarını idarə edən özəl şirkəti MTC on bir nəfərin qaçmasına imkan verdikdən sonra Avstraliya hökuməti tərəfindən cərimələnib. Amma Avstraliya Sərhəd Qoşuğunun rəhbəri cərimənin məbləğini açıqlamaqdan imtina edib.
Yaşıl Parti senatı David Şubrıc "narahatlıq yaradan məlumatlar toplusu" adlandırdığı MTC və onun yerli törəmə müəssisəsi Secure Journeys barədə bu həftə "Guardian Australia"da aparılan araşdırmanı tənqid edib.
Cümə axşamı Senatın qiymətləndirmə iclasında Daxili İşlər Departamenti yüksək riskli saxlanılanların qaçması və işçilərin bıçaqlanaraq xəstəxanaya yerləşdirilməsi daxil olmaqla ciddi təhlükəsizlik çatışmazlıqları səbəbindən MTC-nin ABŞ-dan olan direktorunun hökumətlə görüşə çağırıldığını təsdiqləyib.
Lakin ABF komissarı Gavan Reynolds Secure Journeys-a verilən maliyyə cərimələrinin təfərrüatlarını açıqlamayıb. O, 2025-ci ilin mayından bəri MTC-nin idarə etdiyi müəssisələrdə 12 dəfə qaçış hadisəsi baş verməsinə baxmayaraq "cərimə tədbirləri" tətbiq olunduğunu təsdiqləyib.
"Mənə hüquqi məsləhət verilib ki, müqavilənin ticari-məxfi xüsusiyyəti səbəbindən bu cərimənin məbləğini açıq müzakirə edə bilmərəm," Reynolds Senat iclasında bildirib.
MTC 2025-ci ilin əvvəlindən Avstraliyanın daxili miqrasiya həbsxanalarının idarə olunması üçün 2,3 milyard dollarlıq müqavilə imzalayıb.
"Guardian Australia" xəbər verir ki, MTC işçilərinin çatışmazlığı səbəbindən saxlanılanların səhiyyə mərkəzlərinə müşayiət edilməməsi, iki işçinin saxlanılanı yanğından xilas etməyə çalışarkən tüstü udaraq xəstəxanaya yerləşdirilməsi, MTC müəssisələrindən 12-dən çox qaçış hadisəsinin olması və federal iş təhlükəsizliyi tənzimləyicisi Comcare-in işçilərin ciddi zorakılıq riski altında olduqlarını göstərən risk qiymətləndirmə sistemi təhlükəsizlik nöqsanlarına daxil olub.
Araşdırmada, MTC-nin daxili həbs üzərində nəzarəti götürməsindən altı ay sonra, 2025-ci ilin sentyabrında Daxili İşlər naziri Toni Bərk ABŞ-dan Secure Journeys şirkətinin prezidentini gizli və üz-üzə görüşə çağıraraq xəbərdarlıq edib.
Daxili İşlər katibi Stefani Foster, Şubrıcın sualı altında, görüşün Secure Journeys-un müqavilə şərtlərinə ciddi əməl etməsini təmin etmək məqsədilə keçirildiyini bildirib.
O, görüşün "biz birlikdə işləməyə davam edəcəyik və Secure Journeys müqavilə şərtlərinə riayət etmək üçün əlindən gələni edəcək" öhdəliyi ilə başa çatdığını əlavə edib.
Şubrıc Secure Journeys-ə verilən cərimənin məbləğinin niyə ictimaiyyətə açıqlanmadığını soruşub.
"Bağışlayın, bu məbləğ daxili işlər üçün kiçik olduğu üçünmi, yoxsa Secure Journeys üçün çox böyük olduğu üçünmü gizlədilir? Qoruduğunuz hansı ticari maraq mövcuddur?" senator sual verib.
Reynolds isə bu rəqəmi açıqlamaq barədə hüquqi məsləhət alacağını söyləyib.
"Guardian Australia" həmçinin bildirib ki, 2025-ci il 23 sentyabrda Secure Journeys işçiləri Sidneydəki Villawood Miqrasiya Həbs Mərkəzində kilidlənmiş otaqda baş verən yanğına müdaxilə ediblər. Araşdırma göstərib ki, MTC mərkəzin idarəçiliyini götürəndən sonra işçilərə əsas tənəffüs avadanlığı və yanğınla mübarizə təlimləri verməyib.
Reynolds yanğın hadisəsinin saxlanılan tərəfindən başlayıb-kilidlənmiş otaqda olduğunu və Departamentlə birlikdə "işçilərin saxlanılanların yanğına səbəb olması ilə bağlı narahatlıqları olduğunu" bildirib.
O deyib: "Biz Secure Journeys ilə əməkdaşlıq edərək işçilərin vəziyyətə düzgün reaksiya verməsi və lazımi avadanlıqla təmin edilməsi üçün çox iş görmüşük".
"Guardian Australia" xəbər verir ki, bir daxili dövlət araşdırması MTC-nin "minimal heyət modeli"nin işçilərə və saxlanılanlara təhlükə yaratdığını vurğulayıb.
Anonim mənbə vəziyyəti "batmaqda olan gəmi" kimi təsvir edib və şirkətin fəaliyyətini "xaos, bacarıqsızlıq və çatışmazlıqla yadda qaldığını" deyib.
"Secure Journeys-in heç bir işçisi və yaxud saxlanılanının hələ ölməməsi sistemli bacarıqsızlıq fonunda böyük təsadüf sayılır"- deyib.
Müstəqil millət vəkili Endrü Vilkı Guardian Australia-nın açıqlamalarını "sistemdə böhran olduğunu ortaya qoyan ümumi fakt" kimi qiymətləndirib.
O deyib: "Az heyət, qeyri-kafi avadanlıq və təlim və mümkün təhlükəli saxlanılanlarla mübarizə protokollarında çatışmazlıqlar uzun siyahını təşkil edir. Aydın görünür ki, kimsə ağır xəsarət alana və ya öləndən sonra bu vəziyyət dəyişəcək. Bu həmçinin dövlət vəsaitlərinin kobud istifadəsidir".
Qaçqın Yardım Mərkəzinin müavini baş icraçı direktoru Jana Favero isə saxlanılanlardan daxil olan "pisləşən şərait, zəif əlaqə və təhlükəli, qəbuledilməz praktikalara" dair şok edici məlumatlar aldıqlarını, personal çatışmazlığı səbəbindən saxlanılanların mühüm tibbi görüşləri qaçırdığını deyib.
O bildirib: "Bu məlumatlar vergi ödəyicilərinin 2,3 milyard dollarlıq müqavilənin idarə olunmasına dair ciddi suallar doğurur".
"Avstraliyalılar məntiqli olaraq gözləyərdi ki, bu qədər xərclə təhlükəsiz şərait, elmi təlim keçən işçilər, kifayət qədər tibbi xidmət və ləyaqət qayğısı təmin ediləcək".
ABF bildirib ki, miqrasiya həbsxanası çətin əməliyyat mühitidir. Onlar saxlanılanların rifahı, təhlükəsizliyi və ləyaqəti, həmçinin işçilərin təhlükəsizliyini ən yüksək prioritet hesab edirlər.
MTC Secure Journeys-in sözçüsü şirkətin işçilərin sağlamlığı, təhlükəsizliyi və rifahını ciddi qəbul etdiyini bildirib.
"Biz işçilərin təhlükəsiz işləməsi üçün sistemlər, təlimlər və dəstək mexanizmləri yaradıb, əsas rol üzrə ilkin və davamlı təlimlə biliklərin təzələnməsini, təhlükəsiz iş qaydaları və operativ hazırlığı təmin edirik.
"Bu tədbirləri davamlı olaraq gözdən keçirib gücləndiririk. Təhlükəsiz əməliyyat bizim öhdəliyimizin ayrılmaz hissəsidir".
The Guardian
US firm fined for Australian immigration security failures. How much? Border force refuses to say
Orijinal məqaləyə keç


