Yerjan Mukaş: Bu il İƏT-in turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən çox razı qaldıq
18 noyabr 2026, 17:47 · Mənbə: Report.az

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmiləri 2026-cı ildə təşkilatın turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən razı qalıblar.
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmiləri 2026-cı ildə təşkilatın turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən razı qalıblar.
"Report" un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu İƏT Baş katibinin müavini Yerjan Mukaş "Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026" tədbirinin bağlanış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, ötən il Ərzurumdan başlayan, bu il Şuşada keçirilən analoji tədbirin gələn il Pakistanın Lahor şəhərində davam edəcəyini vurğulayıb:
"Beləliklə, biz hər il təşkilatın turizm paytaxtı seçilən şəhərin yerləşdiyi ölkədə olacağıq. Tədbirin bu il Şuşada keçirilməsi çox qürurvericidir. Mən bundan öncə də Azərbaycanda, Şuşada olmuşam. Təşkilatın turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən çox razı qaldıq. Həmçinin bağlanış mərasimi çərçivəsində təqdim olçunan sərgi bizdə dərin təəssürat yaratdı. Buarada iştirakçı ölkələrin milli adətlərini əks etdirən geyim və aksessuarlarla tanış olduq".
Oxşar xəbərlər

İqtisadiyyat
Hesablama Palatası dövlət maliyyəsinin idarə edilməsində yeni yanaşmalar təklif edir
Report.az · 21 noyabr 2026, 17:47

İqtisadiyyat
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
Report.az · 21 noyabr 2026, 17:17

İqtisadiyyat
Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"
Report.az · 21 noyabr 2026, 15:17

İqtisadiyyat
Yohan Vadeful: "Azərbaycan Almaniya və Avropanın etibarlı və mühüm enerji təchizatçısıdır"
Report.az · 21 noyabr 2026, 14:17