Yeniyetmə güləşçilər arasında Naxçıvan birinciləri müəyyənləşib
25 oktyabr 2026, 15:17 · Mənbə: Report.az

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə yeniyetmələr arasında muxtar respublika birinciliyi keçirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə yeniyetmələr arasında muxtar respublika birinciliyi keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 96 idmançı iştirak edib.
Yarışın nəticələrinə əsasən Fuad İsgəndərov, Əli Quliyev, Elxan Muradov, Şahin Əsgərli, Məcnun Abbasov, Səfər Muradov, Turqut Abdullayev, Polad Əhmədov, Adəm Babayev, Hüseyn Əliyev və Həsən Sucalı müvafiq çəki dərəcələrində birinci yerə layiq görülüblər. İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Birinciliyin keçirilməsində məqsəd istedadlı idmançıları üzə çıxarmaq, onların yarış təcrübəsini artırmaq və peşəkarlıq səviyyəsini yüksəltməkdir.
Oxşar xəbərlər


Dünya
Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanılıb
Report.az · 25 oktyabr 2026, 15:47

Dünya
Putin deyib ki, Avropadakı iğtişaşlara görə Rusiyanı günahlandırmaq adi haldır
TASS · 25 oktyabr 2026, 15:47
