Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanılıb
25 oktyabr 2026, 15:47 · Mənbə: Report.az

Fransada oktyabrın 24-də baş verən kütləvi iğtişaşlar zamanı və onlardan sonra 1 300-dən çox şəxs saxlanılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransada oktyabrın 24-də baş verən kütləvi iğtişaşlar zamanı və onlardan sonra 1 300-dən çox şəxs saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Paris Polis Prefekturasının məlumatına görə, paytaxtda 142 nəfər saxlanılıb, onlardan 126-sı barəsində həbs qətimkan tədbiri seçilib.
Oktyabrın 24-də keçirilən etiraz aksiyalarının iştirakçılarının sayı oktyabrın 17-də baş tutan əvvəlki aksiyanın göstəriciləri ilə müqayisəolunan olub. Bununla belə, gücləndirilmiş təhlükəsizlik tədbirləri sayəsində iğtişaşların nəticələri daha az ağır olub.
Parisdə talançıların hərəkətləri nəticəsində bir mağazaya ziyan dəyib. Bundan başqa, polis iğtişaş iştirakçılarının avtomobil salonuna daxil olmaq cəhdinin qarşısını alıb.
Fransa üzrə 24 talançılıq hadisəsi qeydə alınıb. Halbuki bir həftə əvvəl 1 500 ticarət obyektinə hücum edilmişdi. Bununla yanaşı, çoxsaylı mağazalara ziyan dəyib. İğtişaşların qarşısının alınması zamanı 53 polis əməkdaşı xəsarət alıb.
Fransanın daxili işlər naziri Loran Nünez bildirib ki, etiraz aksiyalarının azı iki iştirakçısı ağır yaralanıb.
Oxşar xəbərlər

Dünya
AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib
Report.az · 25 oktyabr 2026, 16:17


Dünya
Rusiya noyabrın 4-dən sonra Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib
Ukrainskaya Pravda · 25 oktyabr 2026, 16:17
