Yaponiya ordu yaratmaqla bağlı Konstitusiyanı dəyişməyi müzakirə edir
25 oktyabr 2026, 13:16 · Mənbə: Report.az

Yaponiyanın hakim koalisiyasına daxil olan partiyalar ölkənin müharibədən və silahlı qüvvələr yaratmaqdan imtinasını təsbit edən Konstitusiyanın 9-cu maddəsinə yenidən baxılması ilə bağlı məsləhətləşmələrə başlamaq barədə razılığa gəliblər.
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyanın hakim koalisiyasına daxil olan partiyalar ölkənin müharibədən və silahlı qüvvələr yaratmaqdan imtinasını təsbit edən Konstitusiyanın 9-cu maddəsinə yenidən baxılması ilə bağlı məsləhətləşmələrə başlamaq barədə razılığa gəliblər.
"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın Baş naziri Sanae Takaiçi 2027-ci ilin fevral ayına qədər parlamentdə birgə təşəbbüsün razılaşdırılmasına nail olmağı planlaşdırır.
Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası 9-cu maddənin mövcud redaksiyasının əsasən saxlanılmasını, eyni zamanda, Yaponiya Özünümüdafiə Qüvvələrinin hüquqi statusunu rəsmən təsbit edən müddəa ilə tamamlanmasını təklif edir.
Hakim koalisiyanın kiçik tərəfdaşı olan "Yaponiyanın Yenilənməsi Cəmiyyəti" partiyası isə maddənin quru, dəniz və hava qüvvələrinin, eləcə də digər müharibə vasitələrinin yaradılmasından imtinanı nəzərdə tutan ikinci bəndinin çıxarılmasını müdafiə edir.
Partiya bunun əvəzinə Konstitusiyada ölkənin milli müdafiə ordusuna malik olmaq hüququnun təsbit edilməsini təklif edir.
Konstitusiyanın 9-cu maddəsinin birinci bəndində Yaponiyanın dövlətin suveren hüququ kimi müharibədən, həmçinin beynəlxalq mübahisələrin həlli üçün güc tətbiqindən və ya güc tətbiqi ilə hədələməkdən imtinası bəyan olunur. İkinci bənddə isə ölkənin silahlı qüvvələr və digər müharibə vasitələri saxlamayacağı, dövlətin müharibə aparmaq hüququnun tanınmadığı bildirilir.
Bu məhdudiyyətlərə baxmayaraq, Yaponiyanın tərkibinə quru, dəniz və hava bölmələri daxil olan Özünümüdafiə Qüvvələri mövcuddur. Onlar müasir döyüş gəmiləri, beşinci nəsil qırıcılar və raket kompleksləri ilə təchiz olunub.
Bundan əlavə, Yaponiya qısaldılmış uçuş və şaquli eniş imkanına malik qırıcıların yerləşdirilməsi üçün iki böyük gəmisini modernləşdirir. Quru qoşunları isə 1 000 kilometrədək mənzilə malik mobil raket sistemləri əldə edir.
Oxşar xəbərlər

Dünya
Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları noyabrın 4-dən sonra bərpa etməyə hazırdır
Report.az · 25 oktyabr 2026, 13:46

Dünya
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
Report.az · 25 oktyabr 2026, 13:46

Dünya
Braziliyada solçu Lula ilə sağçı Flavio Bolsonaro arasında sıx seçki mübarizəsi gedir
Deutsche Welle · 25 oktyabr 2026, 13:47

Dünya
Filippin daxili işlər naziri Tomas Markl Sr-ni ağır cinsi cinayətkar kimi qiymətləndirir
The Guardian · 25 oktyabr 2026, 13:47