U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
25 oktyabr 2026, 13:46 · Mənbə: Report.az

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb.
"Report"un məlumatına görə Famil Xəlilovun baş məşqçi olduğu komanda Andorra ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Fotoqalereya
1 / 4U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
Yığma bu gün növbəti matçını saat 19:30-da Avstraliya komandasına qarşı keçirəcək.
Xatırladaq ki, U-15 turnirdə keçirdiyi ilk matçda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib. Milli oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.
Oxşar xəbərlər

Dünya
İspaniyanın Baş naziri: İrandakı müharibə Avropaya 100 milyard avrodan çox zərər vurub
Report.az · 25 oktyabr 2026, 14:16

Dünya
Ukrayna qüvvələri Rusiya regionunda xəstələri daşıyan avtobusu məhv edib
News.ru · 25 oktyabr 2026, 14:17

Dünya
Qətərin naziri ticarət və sərmayənin artması üçün sülh və təhlükəsizlik tələb edir
Al Jazeera · 25 oktyabr 2026, 14:17

Dünya
Böyük Britaniya və Fransa NATO-nun müdafiəsi üçün hava desant əməliyyatını keçirdi
Ukrainskaya Pravda · 25 oktyabr 2026, 14:17