UKMTO: Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb
20 noyabr 2026, 18:17 · Mənbə: Report.az

Yəmənin Əl-Mükəlla şəhərindən 95 km cənub-qərbdə quru yük gəmisi hücuma məruz qalıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yəmənin Əl-Mükəlla şəhərindən 95 km cənub-qərbdə quru yük gəmisi hücuma məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatında deyilir.
"Quru yük gəmisinə göyərtəsində altı silahlı şəxsin olduğu kiçik qayıq yaxınlaşıb. Ardıcıl dörd atəş açılıb və quru yük gəmisindəki silahlı mühafizə komandası cavab olaraq xəbərdarlıq atəşi açıb. Kapitan gəminin zədələnmədiyini və heyət üzvlərinin xəsarət almadığını bildirib", - məlumatda qeyd olunub.
Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə edilib.
İnsidentlə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər

Dünya
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
Report.az · 22 noyabr 2026, 13:47

Dünya
Zelenski: Rusiyanın Kiyevə zərbəsindən sonra dağıntılar altında 14 nəfər qala bilər
Report.az · 22 noyabr 2026, 13:47

