Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
16 noyabr 2026, 05:18 · Mənbə: Report.az

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda bir neçə yaşayış evi yanıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda bir neçə yaşayış evi yanıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisəyə ikimərtəbəli evdə çörək sobasının istifadədən sonra söndürülməməsi səbəb olub.
Nəticədə evdə yanğın başlayıb. Alov qısa zamanda qonşu üç evə yayılıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Yanğın söndürülüb. Qeyd edilir ki, güclü yanğın nəticəsində evlərin dördü də yararsız hala düşüb.
Məlumata görə, hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər




Dünya
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
Report.az · 22 noyabr 2026, 13:47