Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib
24 oktyabr 2026, 20:47 · Mənbə: Report.az

Türkiyənin Bursa və İstanbul şəhərlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Bursa və İstanbul şəhərlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat oktyabrın 20-də Narkotik Cinayətlərlə Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən həyata keçirilib.
Araşdırma zamanı 22 şübhəli saxlanılıb, onlardan 17-si hakimin qərarı ilə həbs olunub.
İstintaq çərçivəsində 11 kiloqram 601 qram sintetik kannabinoid (bonzai) xammalı, 1 kiloqram 595 qram kokain, 1 ədəd qanunsuz odlu silah, 18 ədəd patron, tüfəng, narkotik vasitələrin qanunsuz satışından əldə edildiyi ehtimal olunan 583 min 800 Türkiyə lirəsi (11 745,58 ABŞ dolları) aşkarlanaraq müsadirə edilib.
Oxşar xəbərlər

Dünya
CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir
Report.az · 24 oktyabr 2026, 21:17


Dünya
Fransada etirazçılar polisin gözyaşardıcı qazından sonra da nümayişə davam edir
France 24 · 24 oktyabr 2026, 21:17