Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
9 noyabr 2026, 14:18 · Mənbə: Report.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib.
"Report" xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb.
"Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir daha də sizlərin hüzurunda təbrik edirəm. Həmçinin Dövlət Bayrağı Günü münasibətilə can Azərbaycanı təbrik edirəm. Keçən il Zəfər Gününün 5-ci ildönümü çərçivəsində Bakıda təşkil olunan hərbi keçid mərasiminə də qatılmışdıq. İndi də Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirmiş olduq. Birlik və bərabərlik mesajlarımızı ən güclü şəkildə verdik. Xocalı Soyqırımı şəhidlərimizi rəhmətlə andıq, Xankəndini ziyarət etdik. Qəhrəmanlarımızın ruhunu inşallah şad elədik", - Ərdoğan qeyd edib.
Oxşar xəbərlər

Siyasət
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
Report.az · 18 noyabr 2026, 23:17


Siyasət
Ali Radanın deputatları Azərbaycanın Ukraynaya dəstəyini yüksək qiymətləndiriblər
Report.az · 18 noyabr 2026, 19:47

Siyasət
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
Report.az · 18 noyabr 2026, 18:47