Tramp məlumat mərkəzlərini xaricdə tikən şirkətləri yüksək vergilərlə hədələyib
20 noyabr 2026, 22:47 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp məlumatların emalı mərkəzlərini xaricdə, xüsusilə Çində tikəcək Amerika şirkətlərinə yüksək vergilər tətbiq ediləcəyini bildirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp məlumatların emalı mərkəzlərini xaricdə, xüsusilə Çində tikəcək Amerika şirkətlərinə yüksək vergilər tətbiq ediləcəyini bildirib.
"Report" xəbər verir ki, Tramp bu barədə Asiya turnesinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
"Biz şirkətlərə başqa ölkələrdə məlumatların emalı mərkəzləri tikməyə imkan verməyəcəyik. Əgər bunu etsələr, onlara nəhəng vergilər tətbiq edəcəyik", – ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, Vaşinqton hesablama infrastrukturunun ölkə hüdudlarından kənara köçürülməsinə yol vermək niyyətində deyil. O, bu vəziyyətdən Çinin faydalana biləcəyini vurğulayıb.
ABŞ Prezidenti məlumat mərkəzlərini xaricə köçürməyə cəhd edən şirkətlərin böyük maliyyə sanksiyaları ilə üzləşəcəyini də qeyd edib.
Oxşar xəbərlər


Dünya
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
Report.az · 22 noyabr 2026, 13:47

Dünya
Zelenski: Rusiyanın Kiyevə zərbəsindən sonra dağıntılar altında 14 nəfər qala bilər
Report.az · 22 noyabr 2026, 13:47
