Tramp Alyaskada qaz hasilatı üzrə Rusiya ilə saziş bağlanmasını gözləyir
25 oktyabr 2026, 23:47 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp Rusiyanın "Lukoil" neft şirkətinin xarici aktivləri üzrə və Alyaskada təbii qaz hasilatı sahəsində Rusiya ilə əməkdaşlığa dair sövdələşmələrin gec-tez bağlanacağına əminliyini ifadə edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp Rusiyanın "Lukoil" neft şirkətinin xarici aktivləri üzrə və Alyaskada təbii qaz hasilatı sahəsində Rusiya ilə əməkdaşlığa dair sövdələşmələrin gec-tez bağlanacağına əminliyini ifadə edib.
"Report" xəbər verir ki, bu barədə Amerika lideri Miçiqan ştatına yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.
Müvafiq sazişlərin bağlanması perspektivləri ilə bağlı sualı cavablandıran Tramp deyib: "Bu sövdələşmələr bu və ya digər vaxtda bağlanacaq".
"Biz neft hasilatı sənayesinin çoxdan nizama salınmalı olan vəziyyətin əsiri olaraq qalmasına yol verməyəcəyik. Açığını desək, bu münaqişə ümumiyyətlə başlamamalı idi", - ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini nəzərdə tutaraq vurğulayıb.
"Bu müharibəni nizama salmaq lazımdır", - o əlavə edib.
Oxşar xəbərlər


Dünya
Nigeriyada quldurların hücumunda ölənlərin sayı 48-ə çatıb, polis açıqlayıb
BBC News · 25 oktyabr 2026, 23:17

Dünya
Sənan Süleymanov: "Növbəti hədəfim olimpiya çempionu olmaqdır"
Report.az · 25 oktyabr 2026, 23:17
Dünya
ABŞ hərbçiləri İranın təxribatına baxmayaraq Hürmüz Boğazında gəmi təhlükəsizliyini təmin edir
Anadolu Agency · 25 oktyabr 2026, 23:17