Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
26 oktyabr 2026, 00:17 · Mənbə: Report.az

Nigeriyanın Taraba ştatında silahlı şəxslərin Binnari kəndinə hücumu nəticəsində azı 40 dinc sakin həlak olub.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Nigeriyanın Taraba ştatında silahlı şəxslərin Binnari kəndinə hücumu nəticəsində azı 40 dinc sakin həlak olub.
"Report" "Premium Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiə təşkilatlarının nümayəndələri bildiriblər.
Məlumata görə, yaraqlılar Taraba ərazisinə qonşu Plato ştatından daxil olublar.
Hücum edənlər əkinləri yandırıb, yaşayış evlərini və mağazaları dağıdıb, həmçinin yerli sakinləri öldürüblər.
Şahidlərin sözlərinə görə, həlak olanların sayı arta bilər, çünki kəndin bir çox sakini itkin düşmüş hesab olunur.
Axtarış-xilasetmə işləri davam edir.
Oxşar xəbərlər

Dünya
Tramp Alyaskada qaz hasilatı üzrə Rusiya ilə saziş bağlanmasını gözləyir
Report.az · 25 oktyabr 2026, 23:47

Dünya
Nigeriyada quldurların hücumunda ölənlərin sayı 48-ə çatıb, polis açıqlayıb
BBC News · 25 oktyabr 2026, 23:17

Dünya
Sənan Süleymanov: "Növbəti hədəfim olimpiya çempionu olmaqdır"
Report.az · 25 oktyabr 2026, 23:17
Dünya
ABŞ hərbçiləri İranın təxribatına baxmayaraq Hürmüz Boğazında gəmi təhlükəsizliyini təmin edir
Anadolu Agency · 25 oktyabr 2026, 23:17