Tailandda iri miqyaslı yanğın nəticəsində on bir nəfər ölüb, 40-a qədər insan xəsarət alıb
16 noyabr 2026, 06:47 · Mənbə: Report.az

Tailandın Phuket adasının Patonq rayonunda baş verən iri miqyaslı yanğın nəticəsində on bir nəfər ölüb, daha 38 nəfər xəsarət alıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Tailandın Phuket adasının Patonq rayonunda baş verən iri miqyaslı yanğın nəticəsində on bir nəfər ölüb, daha 38 nəfər xəsarət alıb.
"Report"un "Khaosod"a istinadən məlumatına görə, yanğın bazar ertəsinə keçən gecə motosiklet icarəsi mağazasının yaxınlığındakı yanacaq aparatın yaxınlığında baş verib və yaxınlıqdakı binalara yayılıb.
Yanğın beş dördmərtəbəli ticarət binasını əhatə edib. Kirayə mağazasının yaxınlığında park edilmiş bir neçə motosikletə də ziyan dəyib.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım xidmətlərinin əməkdaşları gəlib. Alovu söndürmək üçün beş yanğınsöndürmə maşını cəlb edilib. Xilasedicilər yanğını təxminən 40-50 dəqiqə ərzində nəzarət altına alıblar.
İlkin məlumata görə, tüstüdən zəhərlənmə də daxil olmaqla 38 nəfər xəsarət alıb. Zərərçəkənlər Patonq xəstəxanasına aparılıb.
Patonq polis bölməsinin rəisi bildirib ki, ölənlərin sayı 11 nəfərə çatıb.
Yanğının səbəbi və insan ölümlərinin başvermə şəraiti araşdırılır.
Oxşar xəbərlər

Dünya
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
Report.az · 22 noyabr 2026, 13:47

Dünya
Zelenski: Rusiyanın Kiyevə zərbəsindən sonra dağıntılar altında 14 nəfər qala bilər
Report.az · 22 noyabr 2026, 13:47

