"Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 345-ə çatıb
17 noyabr 2026, 17:17 · Mənbə: Report.az

Azərbaycanda "startap" şəhadətnaməsi almış kiçik və orta bines (KOB) subyektlərinin sayı 345-ə çatıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda "startap" şəhadətnaməsi almış kiçik və orta bines (KOB) subyektlərinin sayı 345-ə çatıb.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "startap" şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclaslarında təqdim olunan layihələrə baxılıb. Nəticədə daha bir qrup KOB subyektinə "Startap" şəhadətnaməsi təqdim edilib.
"Startap" şəhadətnamələri fiziki və hüquqi şəxslərin informasiya texnologiyaları və süni intellekt, elektron ticarət və maliyyə texnologiyaları, təhsil, səhiyyə, kənd təsərrüfatı, logistika və nəqliyyat, turizm, reklam və marketinq, hüquq və biznes xidmətləri, tədbirlərin təşkili və digər xidmət sahələrində rəqəmsal platforma və innovativ həllərin hazırlanması üzrə layihələrinə təqdim edilib. Layihələrlə ətraflı https://6m1dfy.short.gy/D2pkHS linkinə daxil olmaqla tanış olmaq olar.
"Startap" şəhadətnaməsi almış KOB subyektləri sənədi aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunurlar.
Oxşar xəbərlər

Biznes
İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən 60 min manatlıq mallar aşkar olunub
Report.az · 20 noyabr 2026, 17:47

Biznes
Yerli istehsalın təşviqi üçün yeni mexanizm: ixrac dəstəyinin əhatə dairəsi müəyyən edilir
Report.az · 20 noyabr 2026, 14:47

Biznes
Gürcüstan Azərbaycandan neft və neft yağları idxalını çəkdiyi xərci 73 % artırıb
Report.az · 20 noyabr 2026, 13:17
