Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb
7 noyabr 2026, 14:47 · Mənbə: Report.az

Ermənistan Türkiyə ilə münaqişə üçün prinsipcə heç bir əsasın yaranmamasına çalışmalıdır.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan Türkiyə ilə münaqişə üçün prinsipcə heç bir əsasın yaranmamasına çalışmalıdır.
"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Ankara ilə münasibətlərin normallaşdırılması məsələsini şərh edərkən bildirib.
"Biz niyə türklərlə savaşmalıyıq? Əgər onlar bizə hücum etmək istəsələr, bizim möhkəmlənməyə vaxtımız olmayacaq. 70 il ərzində bizə aşılanan, guya Rusiyadan yapışmaq lazımdır, əks halda türklərin bizi məhv edəcəyi kimi yanlış təsəvvürün reallıqla heç bir əlaqəsi yoxdur", - deyə Simonyan bildirib.
Xəbər yenilənir
Oxşar xəbərlər

Dünya
Azərbaycan Su İdmanı Federasiyasının idmançıları Türkiyədə birinci olublar
Report.az · 17 noyabr 2026, 22:48

Dünya
Türkiyədə fond araşdırmaları: 75 nəfərdən 40,4 milyard lirə geri alınıb
Report.az · 17 noyabr 2026, 21:49


Dünya
Vuçiç Serbiyada dövlət çevrilişinin planlaşdırılması ilə bağlı iddiaları təkzib edib
Report.az · 17 noyabr 2026, 20:47