TəciliEl Salvador xüsusi təyinatlıları Haiti göndərib girov götürülmüş hərbçiləri xilas edir

TopXəbər

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

24 oktyabr 2026, 09:17 · Mənbə: Report.az

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Misli Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək.

Yeniliklərdən dərhal xəbərdar olun!

Misli Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, günün ilk matçında "Kəpəz" "Şəfa"nın qonağı olacaq.

Qarşılaşma saat 16:30-da start götürəcək. Gəncə klubu 11 xalla 7-ci, meydan sahibləri 3 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. "Ağ-qaralar" 17 xalla 2-ci, Qərb təmsilçisi 14 xalla beşinci sıradadır.

Misli Premyer Liqası

I dövrə, IX tur

24 oktyabr

16:30. "Şəfa" – "Kəpəz"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.

VAR: Vüqar Həsənli.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Asif Əliyev.

"SOCAR Polymer Arena"

19:00. "Neftçi" – "Turan Tovuz"

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

"Palms Sports Arena"

Xatırladaq ki, ötən gün "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.

İdman

Moskva derbisində ÇSKA "Spartak" ilə oynayır

News.ru · 24 oktyabr 2026, 09:17

İdman

Aston Villa Premyer Liqada Mançester Siti qəbul edir

Al Jazeera · 23 oktyabr 2026, 23:18