Serbiyada DİN-də islahatlar aparılması təklif edilib
28 oktyabr 2026, 07:17 · Mənbə: Report.az

Serbiyada "Tələbə siyahısı"nın namizədi Yovo Bakiç yeni hökumətin əsas prioritetlərindən birinin Daxili İşlər Nazirliyində (DİN) islahatlar aparmaq və dövlət qurumlarının mütəşəkkil cinayətkarlıqla əlaqələrini kəsmək olacağını bildirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiyada "Tələbə siyahısı"nın namizədi Yovo Bakiç yeni hökumətin əsas prioritetlərindən birinin Daxili İşlər Nazirliyində (DİN) islahatlar aparmaq və dövlət qurumlarının mütəşəkkil cinayətkarlıqla əlaqələrini kəsmək olacağını bildirib.
"Report"un Balkan bürosu xəbər verir ki, Bakiç bu barədə Xorvatiya Radio-Televiziyasına (HRT) müsahibəsində deyib.
O, islahatlara təqaüddə olan peşəkar polis mütəxəssislərinin də cəlb ediləcəyini vurğulayıb. Bakiç həmçinin iqtisadçı Deyan Şoşkiçin baş nazir vəzifəsinə mümkün namizədliyini müsbət qiymətləndirib və uyğun hesab ediləcəyi təqdirdə DİN rəhbəri vəzifəsini tutmağa hazır olduğunu bildirib.
Bakiç Serbiyanın media sistemini də tənqid edərək bəzi telekanalların hakimiyyətin təbliğat vasitəsi kimi fəaliyyət göstərdiyini iddia edib.
Oxşar xəbərlər


Dünya
Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
Report.az · 7 noyabr 2026, 14:47

Dünya
Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Report.az · 7 noyabr 2026, 13:17

Dünya
WP Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Report.az · 7 noyabr 2026, 13:17