Sahil Babayev: "Regionda ən investisiya yönümlü büdcə Azərbaycandadır"
11 noyabr 2026, 11:47 · Mənbə: Report.az

Azərbaycanın dövlət büdcəsi regionda ən çox investisiya yönümlü büdcə kimi dəyərləndirilir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın dövlət büdcəsi regionda ən çox investisiya yönümlü büdcə kimi dəyərləndirilir.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlüləsizlik və korupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında - "2027-ci il dövlət büdcəsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Büdcə xərcləri sosial-iqtisadi tələblərə müvafiq şəkildə formalaşdırılıb. İcmal büdcə üzrə xərclərimiz qeyri-neft-qaz ÜDM-in 46,2 %-nə bərabərdir. Azərbaycanın büdcəsi regionda ən investisiya yönümlü büdcə olaraq səciyyələnir. Dövlət büdcəmizin 32,5 %-i investisiya xarakterli əsaslı xərclərə yönəldilib. Bu, əldə etdiyimiz mühüm göstəricilərdən biri hesab olunur", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər

İqtisadiyyat
Qubanın iki kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətə düşüb
Report.az · 20 noyabr 2026, 20:47

İqtisadiyyat
Azərbaycanda külək enerjisinin istehsalı 13 dəfədən çox artıb
Report.az · 20 noyabr 2026, 16:17

İqtisadiyyat
Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar
Report.az · 20 noyabr 2026, 15:47

İqtisadiyyat
Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 12 %-dən çox artıb
Report.az · 20 noyabr 2026, 15:17