Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
10 noyabr 2026, 21:17 · Mənbə: Report.az

İranla ABŞ arasında danışıqlar aparılmır.
Yeniliklərdən dərhal xəbərdar olun!
İranla ABŞ arasında danışıqlar aparılmır.
"Report" xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.
"Vurğulayıram ki, hazırda amerikalılarla heç bir danışığımız yoxdur və Tehranla Vaşinqton arasında dialoq getmir", - o bildirib.
Rezai xatırladıb ki, İranın şərtləri Vaşinqtona göndərilib:
"Amerikalılardan şərtlərimizə açıq və aydın cavab vermələrini istəmişik, lakin indiyə qədər belə bir cavab təqdim etməyiblər. Amerikanın cavabı aldadıcıdır.
İranla danışıqların davam etdirilməsi və Qətərdə görüşün keçirilməsi ilə bağlı bütün iddiaları yalandır. Hörmüz boğazı İranın 7 şərti yerinə yetirilənə qədər açılmayacaq".
Bunun davamı olaraq Rezai bildirib ki, onun ABŞ Vitse-prezidenti Cey Di Venslə görüşü planlaşdırılmır. "Mənim Venslə görüşümün planlaşdırılması haqqında yayılan xəbərlər tamamilə yanlış və əsassızdır", - o deyib və əlavə edib ki, ABŞ-nin danışıqların davam etdirilməsi ilə bağlı iddiaları iqtisadi təzyiqləri azaltmaq və neftin qiymətini aşağı salmaq məqsədilə irəli sürülüb.
Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio İranın qabartdığı 7 şərti absurd adlandırıb.
Oxşar xəbərlər

Dünya
Qəribabadi: ABŞ və İsrail ordusu İrana qarşı kütləvi qırğın silahlarından istifadə edib
Report.az · 21 noyabr 2026, 18:17

Dünya
Azərbaycan cüdoçusu Ramazan Əhmədov dünya çempionatında gümüş medal qazanıb
Report.az · 21 noyabr 2026, 18:17

Dünya
Yunan-Roma və sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
Report.az · 21 noyabr 2026, 17:47

Dünya
Hesablama Palatası: "Azərbaycanda buğda istehsalçıları üçün gəlir mənbələrinin diversifikasiyası vacibdir"
Report.az · 21 noyabr 2026, 17:17