"Reuters": Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb
11 noyabr 2026, 06:47 · Mənbə: Report.az

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 11 mini ötüb, 5 mindən çox şəxs nəfər ölüb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 11 mini ötüb, 5 mindən çox şəxs nəfər ölüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin açıqladığı məlumatlarda bildirilir.
Rəsmi statistikaya əsasən, KDR-də Ebola virusuna 11 042 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Ölüm hallarının sayı 5 387-yə çatıb.
2026-cı ilin may ayında başlayan xəstəliyin yayılması ölkənin 26 əyalətindən səkkizini əhatə edib.
Miqyasına görə 2014–2016-cı illərdə Qərbi Afrikada Ebolanın yayılmasından sonra tarixdə ikinci ən böyük epidemiya olub.
Oxşar xəbərlər

Sağlamlıq
Bakıda bu il 47 şadlıq sarayında yoxlama keçirilib, 41-də nöqsanlar aşkarlanıb
Report.az · 17 noyabr 2026, 18:17


Sağlamlıq
WSJ: ABŞ qızılcanın kökünü kəsmiş ölkə statusundan məhrum edilib
Report.az · 14 noyabr 2026, 05:47
