Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
28 oktyabr 2026, 12:47 · Mənbə: Report.az

Ermənistanın Baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və İran tərəfi ilə danışıqların aparılması məsələləri üzrə danışıqlar komissiyası təyin edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və İran tərəfi ilə danışıqların aparılması məsələləri üzrə danışıqlar komissiyası təyin edib.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi portalında bildirilib.
Komissiyaya Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin həmsərhəd ölkələr idarəsinin rəisi (hazırda sədr vəzifəsini icra edən Avetik Arutyunyan) rəhbərlik edəcək. Həmçinin, komissiyanın tərkibinə nazirliyin qeyd olunan idarəsindəki sərhədin delimitasiyası məsələləri üzrə şöbənin rəisi də daxil olacaq.
Komissiyanın tərkibinə həmçinin respublika Silahlı Qüvvələri Baş Qərargahının iki nümayəndəsi, ədliyyə nazirinin məsləhətçilərindən biri, sərhəd qoşunları şöbəsinin rəisi də daxil olmaqla Milli Təhlükəsizlik Xidmətinin üç əməkdaşı, eləcə də Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin şöbələrindən birinin rəisi daxil olacaq.
Oxşar xəbərlər

Dünya
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
Report.az · 7 noyabr 2026, 17:47

Dünya
Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
Report.az · 7 noyabr 2026, 17:17

Dünya
ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb
Report.az · 7 noyabr 2026, 15:17

Dünya
Tokayev: Astana Tacikistanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcək
Report.az · 7 noyabr 2026, 15:17