Niderland "Ostin" fırtınasına hazırlaşır
23 oktyabr 2026, 05:47 · Mənbə: Report.az

Niderland Kral Meteorologiya İnstitutu (KNMI) yaxınlaşan "Ostin" fırtınası ilə əlaqədar oktyabrın 23-ü və 24-də ölkənin üç əyalətində sarı səviyyəli hava xəbərdarlığı elan edib.
Niderland "Ostin" fırtınasına hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderland Kral Meteorologiya İnstitutu (KNMI) yaxınlaşan "Ostin" fırtınası ilə əlaqədar oktyabrın 23-ü və 24-də ölkənin üç əyalətində sarı səviyyəli hava xəbərdarlığı elan edib.
"Report" xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib.
Xəbərdarlıq ölkənin cənubunda və qərbində yerləşən Cənubi Hollandiya, Zelandiya və Limburq əyalətlərini əhatə edir.
Meteoroloqların proqnozuna görə, fırtına güclü yağışlar və sürəti saatda 100 kilometrə çatan küləklə müşayiət oluna bilər. Əlverişsiz hava şəraitinin oktyabrın 23-ü, cümə günü axşam saatlarında və oktyabrın 24-nə keçən gecə daha da güclənəcəyi gözlənilir.
Sinoptiklər xəbərdarlıq ediblər ki, güclü külək və leysan yağışlar yollarda təhlükəli vəziyyət yarada, cümə günü axşam pik saatlarında nəqliyyatın hərəkətini çətinləşdirə bilər.
KNMI, həmçinin küləyin havaya qaldıraraq ətrafa səpələyə biləcəyi qırıntıların, ağac budaqlarının və digər tullantıların yaratdığı təhlükəyə diqqət çəkib. Sakinlərə hava şəraiti yaxşılaşana qədər vəziyyəti izləmək və zərurət olmadıqca küçəyə çıxmamaq tövsiyə olunub.
Oxşar xəbərlər
Dünya
Vyanada təhsil büdcəsinin azaldılmasına qarşı minlərlə adam etiraz edir
Anadolu Agency · 23 oktyabr 2026, 06:16

Dünya
Beau Lamarre-Condon dostuna iki nəfəri öldürdüyünü deyib və cəsədlərin daşınmasında kömək istəyib
The Guardian · 23 oktyabr 2026, 06:17

Dünya
Queensland naziri Amanda Kamm sağlamlıq və təhlükəsizlik səbəbi ilə vəzifəsindən gedib
The Guardian · 23 oktyabr 2026, 05:46
Dünya
Donald Tramp ABŞ-da neft istehsalını artırmaq üçün Müdafiə İstehsalı Aktından istifadə etdi
Anadolu Agency · 23 oktyabr 2026, 05:46