ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
23 oktyabr 2026, 05:17 · Mənbə: Report.az

ABŞ Hərbi Dəniz Qüvvələri hərbi gəmilərdə müxtəlif sensorlardan alınan məlumatları birləşdirən süni intellekt sisteminin tətbiqi üçün yerli "Applied Intuition" şirkəti ilə 25 milyon dollarlıq müqavilə imzalayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Hərbi Dəniz Qüvvələri hərbi gəmilərdə müxtəlif sensorlardan alınan məlumatları birləşdirən süni intellekt sisteminin tətbiqi üçün yerli "Applied Intuition" şirkəti ilə 25 milyon dollarlıq müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə "Breaking Defense" nəşri məlumat yayıb.
Qeyd olunub ki, ilkin mərhələdə "Intelligent Perception System" (IPS) sistemi "Arleigh Burke" sinfinə aid beş esminesdə quraşdırılacaq. Gələcəkdə texnologiyanın bütün donanmaya tətbiqi nəzərdən keçirilir.
IPS kameralar və infraqırmızı sensorlardan alınan məlumatları real vaxta yaxın rejimdə birləşdirərək ekipaj üçün vahid əməliyyat mənzərəsi yaradacaq. Sistem, həmçinin təhlükəli trayektoriya ilə yaxınlaşan digər gəmilər barədə dənizçiləri avtomatik xəbərdar edə biləcək.
Bundan başqa, sistem rabitə kanallarının ötürmə qabiliyyəti kifayət etdikdə və təhlükəsizlik tələblərinə riayət olunmaqla sensor məlumatlarını qeydə alaraq sahilə ötürəcək. Toplanan məlumatlar idarə olunan və pilotsuz gəmilər üçün daha təkmil süni intellekt modellərinin təhlili və təlimində istifadə olunacaq.
Şirkətin məlumatına görə, sistemin proqram təminatını gəmiləri texniki xidmət və yenilənmə üçün limana qaytarmağa ehtiyac olmadan, birbaşa dənizdə yeniləmək mümkün olacaq.
Oxşar xəbərlər

Dünya
Queensland naziri Amanda Kamm sağlamlıq və təhlükəsizlik səbəbi ilə vəzifəsindən gedib
The Guardian · 23 oktyabr 2026, 05:46
Dünya
Donald Tramp ABŞ-da neft istehsalını artırmaq üçün Müdafiə İstehsalı Aktından istifadə etdi
Anadolu Agency · 23 oktyabr 2026, 05:46

