Nepal ordusu su elektrik stansiyasındakı tuneldə ilişənləri xilas etdi
Nepalda ordunun su elektrik stansiyasındakı tuneldə ilişib qalanları xilas etmək əməliyyatı davam edir. Daşqın səbəbindən ölkədə ölənlərin sayı 475-ə çatıb.
Nepal ordusu Rasuva hidroenergetika layihəsində tuneldə ilişib qalmışları xilas etməyə çalışır.
Ölkənin baş nazirlik ofisinin paylaşdığı görüntülərdə əsgərlərin sağ çıxanları daşıması və qalın palçıq üzərində sürünərək digər insanlara çatması əks olunub.
Rəsmi şəxs cümə axşamı bildirmişdi ki, tuneldə 100-dən çox adam qalxıb.
Bu əməliyyat ölkə boyunca daşqının yaratdığı faciədən sonra aparılan xilasetmə işlərinin bir hissəsidir. Yerli polis cümə günü Nepalda ölüm hallarının sayının 475-ə çatdığını açıqlayıb.



