TəciliÇinin uzaq Tibet bölgəsində güclü zəlzələ 16 nəfərin ölümünə səbəb oldu

TopXəbər

"Naxçıvan Aqroservis"in sədri həbs edilib

22 oktyabr 2026, 19:48 · Mənbə: Report.az

"Naxçıvan Aqroservis"in sədri həbs edilib

"Naxçıvan Aqroservis"in sədri həbs edilib.

Yeniliklərdən dərhal xəbərdar olun!

"Naxçıvan Aqroservis"in sədri həbs edilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılan "Naxçıvan Aqroservis" ASC-nin İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Naxçıvan Şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" ASC-nin sədri Cavid Ağaməliyev dövlət əmlakının mənimsənilməsində ittiham olunur.

Faktla bağlı Naxçıvan Prokrorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.