Milanda gənclərin etirazları səbəbindən təhlükəsizlik tədbirləri gücləndiriləcək
23 oktyabr 2026, 12:47 · Mənbə: Report.az

Milanda (İtaliya) gənclərin etirazları ilə əlaqədar həftəsonu yeni zorakılıq və iğtişaş hallarının qarşısını almaq üçün mühafizə gücləndirilir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Milanda (İtaliya) gənclərin etirazları ilə əlaqədar həftəsonu yeni zorakılıq və iğtişaş hallarının qarşısını almaq üçün mühafizə gücləndirilir.
"Report" xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
Milanda komendant saatı tətbiq etməmək qərara alınıb, lakin hərbçilər mümkün iğtişaş yerlərində patrul xidməti həyata keçirəcək, həmçinin konsulluqları, dövlət və dini qurumları qoruyacaqlar.
Bundan əlavə, yeniyetmələrin Milana kütləvi axınının qarşısını almaq üçün bir sıra vağzallarda yoxlamalar aparılacaq.
Bununla yanaşı, həftəsonlarında Milanın mərkəzində mitinqlərin keçirilməsi qadağan edilib.
Xatırladaq ki, oktyabrın 17-də İtaliyanın şimalındakı iri şəhərləri etirazlar bürüyüb. Ən böyük iğtişaşlar Milanda baş verib, burada etirazların ikinci günündə İtaliya polisi 200-dən çox adamı saxlayıb.
Oxşar xəbərlər

Dünya
Ufada beynəlxalq yaradıcı əməkdaşlığın yeni istiqamətlərini müəyyən edirlər
News.ru · 23 oktyabr 2026, 13:17
Dünya
Saab Ukraynaya qırıcı təyyarə tədarükü müqaviləsi üzrə sifarişləri üç dəfə artırıb
Anadolu Agency · 23 oktyabr 2026, 13:17

Dünya
Yunanıstan sosial mediaya yaş limitləri qoyur, 15 yaşdan aşağı uşaqların girişini qadağan edir
Deutsche Welle · 23 oktyabr 2026, 13:18