Məhsul şəhadətnamələrinin hüquqi statusu müəyyənləşdirilir
23 oktyabr 2026, 13:47 · Mənbə: Report.az

Azərbaycanda Mülki Məcəllədə və "İcra haqqında" Qanununda dəyişiklik edilməsi I oxunuşda təsdiq edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda Mülki Məcəllədə və "İcra haqqında" Qanununda dəyişiklik edilməsi I oxunuşda təsdiq edilib.
"Report" xəbər verir ki, dəyişikliklər məhsul şəhadətnamələrinin təminatlı qiymətli kağız kimi hüquqi statusunu müəyyənləşdirir, onların öhdəliklərlə yüklənməsi qaydalarını dəqiqləşdirir və bu şəhadətnamələr üzrə öhdəliklər icra edilmədikdə xüsusi qeydin tətbiqini nəzərdə tutur.
Mülki Məcəlləyə yeni 1077-1-ci maddə əlavə olunur. Həmin maddəyə əsasən, məhsul şəhadətnaməsi aqrar məhsulun istehsalı və ya ilkin emalı məqsədilə borclu tərəfindən elektron qaydada buraxılan təminatlı qiymətli kağızdır. Bu sənəd borclunun şəhadətnamədə göstərilən qaydada aqrar məhsulu və ya pul məbləğini onun mülkiyyətçisinə təhvil vermək və ya çatdırmaq öhdəliyini təsbit edir. Şəhadətnamənin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi "Məhsul şəhadətnaməsi haqqında" Qanun və digər normativ hüquqi aktlarla tənzimlənəcək.
Dəyişikliklərlə məhsul şəhadətnamələri Mülki Məcəllənin qiymətli kağızlarla bağlı bir sıra müddəalarına da daxil edilir. Eyni zamanda, bu şəhadətnamələrin öhdəliklərlə yüklənməsinin ümumi qaydalardan fərqli olaraq "Məhsul şəhadətnaməsi haqqında" Qanuna uyğun həyata keçirilməsi nəzərdə tutulur.
"İcra haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, icra sənədlərinin siyahısına məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd əlavə olunur. Həmin qeydin məzmunu "Məhsul şəhadətnaməsi haqqında" Qanunla müəyyən ediləcək. Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra edilməlidir.
Qanun layihəsinə əsasən, hər iki qanuna edilən dəyişikliklər "Məhsul şəhadətnaməsi haqqında" Qanunla eyni gündə qüvvəyə minəcək.
Oxşar xəbərlər

Dünya
Qara dənizdə dron tərəfindən vurulmuş gəmi batıb, ölən və itkinlər var
Ukrainskaya Pravda · 23 oktyabr 2026, 14:17

Dünya
Milli Məclisin növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək
Report.az · 23 oktyabr 2026, 13:47
Dünya
KTMT prezident Rusiya paytaxtında keçiriləcək növbəti sammitdə Ermənistanın üzvlük statusuna qərar verəcək
Anadolu Agency · 23 oktyabr 2026, 13:47
