MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
23 oktyabr 2026, 21:47 · Mənbə: Report.az

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişafa davam edəcəyinə inandığını bildirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişafa davam edəcəyinə inandığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun Dövlət Bağçalı ilə görüşünə dair səfirliyin "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində sərgilədiyi prinsipial mövqeyə və verdiyi dəstəyə görə təşəkkürü Dövlət Bağçalıya çatdırılıb.
Görüşdə MHP sədrinin türk dünyasının birlik və bərabərliyinin gücləndirilməsinə yönəlmiş səylərinin Azərbaycanda böyük rəğbətlə qarşılandığını vurğulanıb.
"Dövlət Bağçalı Prezident İlham Əliyevin göstərdiyi yaxın diqqətə və təşəkkürlərinə görə minnətdarlığını ifadə edərək ona səmimi salamlarının çatdırılmasını xahiş etdi və hər zaman Azərbaycanın yanında olduğunu vurğuladı. Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını, ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişaf etməyə davam edəcəyinə inamını bildirdi", - paylaşımda bildirilib.
Oxşar xəbərlər

Siyasət
Tramp administrasiyası Alyaskada mümkün Demokrat qalibiyyətini bloklamaq üçün iddia qaldırıb
Al Jazeera · 23 oktyabr 2026, 22:18


Siyasət
Katsuya Vatanabe: Azərbaycan mənim üçün həmişə xüsusi ölkə olaraq qalacaq
Report.az · 23 oktyabr 2026, 19:47
