Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
23 oktyabr 2026, 22:17 · Mənbə: Report.az

Niderlandın KLM aviaşirkəti ölkəni bürüyən "Ostin" fırtınası səbəbindən oktyabrın 23-24-nə planlaşdırılan 40-dan çox reysi ləğv edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın KLM aviaşirkəti ölkəni bürüyən "Ostin" fırtınası səbəbindən oktyabrın 23-24-nə planlaşdırılan 40-dan çox reysi ləğv edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, ləğvlər Amsterdamın Sxiphol Hava Limanından həyata keçirilən reyslərə təsir edib.
Agentliyin məlumatına görə, güclü leysan yağışları və fırtına səbəbindən oktyabrın 23-də aviaşirkətin 20 reysi ləğv olunub. Oktyabrın 24-də isə 22 reys həyata keçirilməyəcək.
Bununla yanaşı, həmin hava limanının mətbuat xidməti ANP-yə bildirib ki, əlverişsiz hava şəraitinin hava limanının işinə təsiri hələlik məhduddur.
Hava limanının saytında dərc edilmiş cədvələ əsasən, oktyabrın 23-də KLM Amsterdamdan Cenevrəyə, Londona və Bergenə reysləri ləğv edib. Həmçinin Varşava, Birminqhem və Liondan Niderlandın paytaxtına reyslər ləğv olunub.
Bundan əlavə, müxtəlif aviaşirkətlərin onlarla reysi iki saat və daha çox gecikir.
Oxşar xəbərlər


Dünya
Netanyahu seçkilər öncəsi Qərbi Şərqdə əməliyyatı nəzərdən keçirir
France 24 · 23 oktyabr 2026, 22:47

Dünya
Maya Sandu Rusiyadan olan "Gerañ" pilotsuz təyyarənin Moldovada yaşayış məntəqəsinə və enerji obyektinə düşdüyünü açıqlayıb
Ukrainskaya Pravda · 23 oktyabr 2026, 22:48
Dünya
Qlobal bazarlar Yaxın Şərq gərginliyi və süni intellekt narahatlığı səbəbindən enir
Anadolu Agency · 23 oktyabr 2026, 22:17