Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur
1 noyabr 2026, 14:17 · Mənbə: Report.az

Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir.
Yeniliklərdən dərhal xəbərdar olun!

"Report"un məlumatına görə, bu fikirlər Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatındə yer alıb.
Qeyd olunur ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir:
"Azərbaycan Respublikası Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə qınayır, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edir, hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa və onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırır".
Oxşar xəbərlər

Mədəniyyət
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri də özünəməxsus rol oynayıblar
Report.az · 8 noyabr 2026, 08:47

Mədəniyyət
"Baku TV"nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib
Report.az · 5 noyabr 2026, 16:47

Mədəniyyət
Crossmedia.az informasiya portalının fəaliyyətə başlamasından 2 il ötür
Report.az · 1 noyabr 2026, 10:47