Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib
30 oktyabr 2026, 15:47 · Mənbə: Report.az

Bu ilin oktyabrında Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə 5 depozit hərracı keçirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin oktyabrında Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə 5 depozit hərracı keçirilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, hərraclarda ümumilikdə xəzinə hesabının 704 milyon manat məbləğində qalığı 28 və 56 gün müddətlərinə 6,5 % orta çəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.
Xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi "Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları" ilə müəyyən olunur. Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsində əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.
Oxşar xəbərlər

İqtisadiyyat
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Report.az · 21 noyabr 2026, 13:17

İqtisadiyyat
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.11.2026)
Report.az · 21 noyabr 2026, 10:16

İqtisadiyyat
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb
Report.az · 21 noyabr 2026, 04:17

İqtisadiyyat
Qubanın iki kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətə düşüb
Report.az · 20 noyabr 2026, 20:47