Macarıstan parlamenti ABŞ ilə atom enerjisi sahəsində sazişi təsdiqləyib
16 noyabr 2026, 20:47 · Mənbə: Report.az

Macarıstan parlamenti ABŞ ilə mülki atom enerjisi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişi ratifikasiya edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstan parlamenti ABŞ ilə mülki atom enerjisi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişi ratifikasiya edib.
"Report" Macarıstan KİV-ə istinadən xəbər verir ki, sənədin lehinə 177 deputat səs verib.
Heç bir deputat sazişin ratifikasiyasının əleyhinə çıxmayıb, 6 nəfər isə bitərəf qalıb.
Sənəd, xüsusilə Pakşdakı atom elektrik stansiyası (AES) üçün Rusiya yanacağına əlavə olaraq ABŞ nüvə yanacağının alınmasını nəzərdə tutur.
Saziş fevralın 16-da Budapeştdə Viktor Orbanın əvvəlki hökuməti dövründə imzalanıb. Macarıstanın Peter Madyarın rəhbərlik etdiyi yeni hakimiyyəti də razılaşmaya dəstəyini təsdiqləyib.
Əməkdaşlıq çərçivəsində Budapeşt yanacağı ABŞ-nin "Westinghouse" şirkətindən almağı planlaşdırır. Dəyəri təxminən 114 milyon dollar olan tədarüklər 3-4 ildən sonra başlaya bilər.
Bundan əlavə, tərəflər Macarıstanda ABŞ texnologiyaları əsasında kiçik modul reaktorların istehsalı üzrə beynəlxalq mərkəzin yaradılması imkanlarını öyrənmək niyyətindədirlər. Həmçinin, saziş Pakşdakı AES üçün işlənmiş nüvə yanacağı anbarının tikintisində ABŞ texnologiyalarının tətbiqini nəzərdə tutur. Bu layihənin dəyəri təxminən 200 milyon ABŞ dolları qiymətləndirilir.
Oxşar xəbərlər

İqtisadiyyat
ROX Group Azərbaycanda mövcudluğunu genişləndirir, təmiz enerjiyə investisiya strategiyasını irəli aparır
Report.az · 22 noyabr 2026, 15:17

İqtisadiyyat
Hesablama Palatası dövlət maliyyəsinin idarə edilməsində yeni yanaşmalar təklif edir
Report.az · 21 noyabr 2026, 17:47

İqtisadiyyat
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
Report.az · 21 noyabr 2026, 17:17

İqtisadiyyat
Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"
Report.az · 21 noyabr 2026, 15:17