Lazoschmidl 2027 Kişi Yaz-Yay Kolleksiyası Rahat Günlərə Fokuslanıb
Lazoschmidl brendi 2027-ci ilin yaz-yay mövsümü üçün yumşaq siluetlər və pastel rənglərdən ibarət rahat kolleksiya təqdim edib. Kolleksiya əsasən ev şəraitinə uyğun libaslardan ibarətdir.
Yüngül geyimlərə və dondurma tərzindəki təravətləndirici pastel rənglərə artan maraq, həmçinin küçələrdə ev geyimi siluetlərinin yayılması Lazoschmidl-in yeni kolleksiyasına yol açıb. Ənənədə rəngarəng və fərqli formalarla tanınan brend bu dəfə daha yumşaq və rahat kolleksiyaya üstünlük verib. Onlar brendin xarakterik detal və elementlərindən uzaqlaşmadan yeni, rahat istiqamətə yönəliblər.
Josef Lazo və Andreas Schmidl özlərini rahat hiss edərək intimi və kimliyi araşdırmaqda davam ediblər. Onlar evdə rahat günlər üçün hazırladıqları kolleksiyanı “The Golden Girls” serialının bir epizoduna, yaxud soyuducudan götürülmüş cheesecake diliminə bənzədiblər.
Mavi zolaqlı pambıq, bənövşəyi saten və təkrar emal olunan parçaların qarışığından hazırlanan kəmərli paltarlar, pastel çəhrayı y- şəkilli alt paltarı və kontrast lilac rəngində atletlə nostalji ab-hava yaradıb. İplə bağlanan şortlar, pijama şalvarları, qolsuz yüngül köynəklər və alt geyimləri sönük tonlarda təqdim olunub. Heyvan motivləri içərisində bəbək çəhrayı və ya təbii qəhvəyi zürafə naxışları xüsusilə seçilirdi. Bu mövsüm cins şortlar Britney Spears-in 2001-ci il modasına uyğun olaraq beldən aşağı geyinilib. Altından isə boxer şortların görünməsi məqsədəuyğun hesab olunub.



